Dünya çempionu qətlə görə həbs olunub

 05:13 24.05.2021     93

Hindistanın keçmiş sərbəst güləşçisi Suşil Kumar qətl şübhəsi ilə həbs olunub.

Redaktor.az-ın məlumatına görə, 38 yaşlı keçmiş pəhləvan mayın 4-də stadionda bir nəfərin ölümü ilə nəticələnmiş davada iştirak edib.

O, həmin hadisədən sonra qaçıb gizlənib. Polis Kumar barədə informasiya verən üçün 1,4 milyon ABŞ dolları mükafat vəd edib. Tanınmış idmançı paytaxt Dehli ətrafındakı Mundka kəndində saxlanılıb.

Qeyd edək ki, Suşil Kumar 2010-cu il dünya çempionatında 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, Hindistanın komandasının bayraqdarı olduğu London-2012-də gümüş medala sahib olub. //Report.az