Moskva aeroportunda bomba həyəcanı

Moskvanın “Şeremetevo” hava limanında bomba həyəcanı yaşanıb.
Redaktor.az xəbər verir ki, aeroportun zəng mərkəzinin poçtuna hava limanı ərazisində partlayıcının quraşdırılması barədə məlumat daxil olub.
Məsələ ilə əlaqədar, “Şeremetevo”da təhlükəsizlik tədbirləri gücləndirilib.
Aeporotda istintaq-axtarış tədbirləri aparılıb. //Oxu.az