Hindistanda daha 3741 nəfər ölüb - COVID-19

Hindistanda son sutkada koronavirusa 240 842 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 3 741 nəfər COVID-19-dan ölüb.
Hindistanda koronavirusa yoluxanların ümumi sayı 26 530 132, ölənlərin sayı isə 299 266 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az