70-dən çox ABŞ polisi işdən çıxıb

 18:30 23.05.2021     158

Bu ilin yanvar ayında ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarlarının ABŞ Konqresinin binasına (Kapitoliyə) hücumundan sonra 70-dən çox polis işdən çıxıb.

Redaktor.az bildirir ki, bu barədə “Politico” qəzeti xəbər verir.

Kapitoli polis birliyinin rəhbəri Guus Papatanasiou bildirir ki, polislər iş günlərinin uzanmasından və məlum hadisələrin travmatik nəticələri səbəbindən işi tərk edirlər. O bu barədə narahat olduğunu açıqlayıb:

"Gecələri yata bilmirəm, yalnız yeni polislərin işə götürülməsindən narahat deyiləm. Ən böyük problem indiki polislərin vəzifələrində saxlamaqdır".

Qeyd edək ki, Kapitoliyə basqın 6 yanvarda baş verib.

Tramp tərəfdarları binaya hücum edərək Senat Zalını mühasirəyə aldılar. Senatorlar və konqresmenlər, demokrat Co Baydenin prezident seçilməsi barədə nəticələri təsdiqlədikləri iclasa ara verməli oldular.

Etirazlar nəticəsində beş nəfər öldürülüb, onlarla adam həbs olunub. //APA