Bitkoinin qiyməti 18 faizdən çox düşüb

 21:46 23.05.2021     78

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 18 faizdən çox düşüb.

Redaktor.az-ın məlumatına görə, saat 20:45 (GMT+4) üçün bitkoinin dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib.

Qeyd edək ki, saat 16:55-də bitkonin qiyməti 33,348 (-11,02 faiz) min dollar səviyyəsində alınıb-satılıb. //Trend.az