Türkiyədə zəlzələ olub

 22:32 23.05.2021     305

Türkiyənin Osmaniye əyalətinin Kadirli rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.

Redaktor.az bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:54-də qeydə alınıb. Zəlzələnin dərinliyi 7,1 kilometr olaraq təyin olunub.

Dağıntı və tələfat olmayıb.

Orxan İsmayılov / Redaktor.az