İran sabah hərbi təlim keçirəcək

 16:19 24.05.2021     251

İran ordusu mayın 25-də “Göy üzü qalxanı - 1400” adlı hərbi təlim keçirəcək.

Redaktor.az xəbər verir ki, bunu İran ordusu əlaqələndiricisinin müavini, Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib.

Onun sözlərinə görə, təlimdə elektron döyüşlərdə istifadə olunan sistemlər sınaqdan keçiriləcək. //Report