Belarus və Rusiya prezidentləri görüşəcək

 19:38 24.05.2021     278

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin görüşəcək.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "Kommersant" Moskva və Minskdəki mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, görüş mayın 28-də Soçidə baş tutacaq.

Qeyd edək ki, bu, Lukaşenkonun 2021-ci ilin başlanğıcından bəri Rusiyaya üçüncü səfəri olacaq. Belarus prezidenti fevralın 22-də Soçidə, aprelin 22-də isə Moskvada rusiyalı həmkarı ilə görüşüb. //APA