Türkiyədə yoluxma və ölüm sayı azalıb

 21:44 24.05.2021     282

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 178 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7523 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 10,003 nəfər sağalıb, ağır xəstə sayı isə 1745 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5,194,010 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5,034,316 nəfər sağalıb, 46,446 nəfər isə ölüb. //Axşam.az