Ermənistan ordusunun daha bir əsgəri həlak olub

 22:47 24.05.2021     89

Ermənistanda hərbi qulluqçu həlak olub.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün saat 17:40-da baş verib. Qeyd edilir ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Mkrtiç Ovanisyan gullə yarasından ölüb. Hadisənin odlu silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı təhqiqat aparılır.

Ermənistan mətbuatı daha əvvəl əsgərin müəmmalı şəraitdə həlak olması barədə məlumat yayıb.

Qeyd edək ki, bu, gün ərzində Ermənistan ordusunda qeydə alınan ikinci əsgər itkisidir. Bu gün ölkənin başqa hərbi hissəsində əsgər özünü asaraq intihar edib. //Report