Türk ordusu hərəkətə keçdi: 25 min əsgər, 132 gəmi... - TƏYYARƏLƏR HAVADADIR...

 11:34 25.05.2021     865

Türkiyənin Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin şərqində hərbi təlimlərə başlayıb.

Redaktor.az xəbər verir ki, mayın 25-də başlayan və “Dəniz canavarı-2021” (“Denizkurdu-2021”) adı altında keçirilən təlimlərə  25 500 şəxsi heyət, 132 gəmi, 10 sualtı qayıq, 43 təyyarə, 28 helikopter və 14 pilotsuz uçuş aparatı qatılıb. 

Qeyd edək ki, sonuncu dəfə  2021-ci ilin martında Egey və Aralıq dənizinin şərqində  “Mavi Vətən” adlı hərbi təlimlər keçirilib. 

"Dəniz canavarı“ iyunun 5-də başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən