Polşa prezidenti Gürcüstanda səfərdədir

 11:16 26.05.2021     603

Polşa prezidenti Andjey Duda Gürcüstanda səfərdədir.

Redaktor.az-ın məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində Polşa prezidenti Gürcüstanın Müstəqillik Günü münasibətilə paytaxt Tbilisidə keçirilən təntənəli mərasimdə iştirak edəcək.

Mayın 27-də isə A. Duda Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin spikeri Kaxa Kuçava ilə görüşlər keçirəcək.

Polşa Prezidentinin Gürcüstana səfəri mayın 27-də başa çatacaq. //APA