Azərbaycanlı "qanuni oğrular"la bağlı VACİB XƏBƏR - SİYAHI / FOTO

 10:48 27.05.2021     807

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası  557 “qanuni oğruya” və kriminal aləml' bağlılığı olan 111 əcnəbiyə qarşı sanksiya tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskiy bildirib. Sanksiyaların tətbiq olunduğu “qanuni oğruların” sırasında azərbaycanlılar da var. Ukrayna mediası onlardan bəzilərinin adlarını açıqlayıb.

V.Zelenskiy bildirib ki, adları siyahıya düşən şəxslərin Ukrayna ərazisində yaşaması üçün sənəd verilməyəcək, ölkədə çıxarılacaqlar:

“Qanuni oğruların çoxu hazırda Ukrayna ərazisində deyillər, onları ölkədən çıxardırıq və bir daha Ukraynaya daxil ola bilməyəcəklər. Biz onlara “hələlik” demirik, “əlvida” deyirik”.

Aysel Hacıyeva / Redaktor.az

2
Vumart və Güvən reklamı Vumart Güvən