ABŞ-da silahlı insident nəticəsində bir neçə nəfər ölüb

 20:24 26.05.2021     256

ABŞ-ın Kaliforniya ştatında silahlı insident nəticəsində ölənlər var, dəqiq sayı hələlik müəyyənləşdirilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə Santa-Klara dairə polisinin “Twitter” hesabında bildirilib.

Qeyd edilib ki, silahdan atəş açan şəxs öldürülüb.

Hadisə səhər saatlarında San-Xose şəhərində “VTA” dəmir yolu şirkətinin nəzarət etdiyi xəttə baş verib. //APA