Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 183 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8426 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 13,102 nəfər sağalıb, ağır xəstə sayı isə 1 504 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 5,220,549 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5,070,815 nəfər sağalıb, 46,970 nəfər isə ölüb.