Koronavirusla bağlı SON VƏZİYYƏT

 10:18 28.05.2021     379

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 539 mindən çox artıb.

Redaktor.az xəbər verir ki, ötən sutka ərzində 539 min 384 nəfər yeni koronavirusa yoluxub, 11 min 693 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 168 milyon 40 min 871, ölənlər isə 3 milyon 494 min 758 nəfərə çatıb.

Son 24 saat ərzində yoluxmanın 43 faizindən çoxu Cənub-Şərqi Asiyanın (231 min 799) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (180 min 734) ilə Avropa (68 min 237) bölüşür.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (33,9 milyon), Hindistan (27,5 milyon), Braziliya (16,3 milyon), Fransa (5,6 milyon), Türkiyə (5,2 milyon) və Rusiyada (5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib. //Azərtac