Putin Bəşər Əsədi təbrik edib

 17:58 28.05.2021     182

Rusiya Prezidenti Vladimir Putin Bəşər Əsədi yenidən Suriya prezidenti seçilməsi münasibətilə təbrik edib.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı V. Putin B. Əsədə təbrik teleqramı göndərib.

“Səsvermə nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Suriyadakı vəziyyəti ən qısa müddətdə sabitləşdirmək və dövlət institutlarını gücləndirmək üçün apardığınız kursa həmvətənlərinizin etibarını tam təsdiqləyib”, - deyə V. Putin bildirib.

Rusiya prezidenti ölkəsinin bundan sonra da suriyalı tərəfdaşlara terrorçu və ekstremist qüvvələrlə mübarizədə, eləcə də siyasi nizamlanma prosesinin inkişafında və müharibə sonrası ölkənin bərpa olunmasında dəstək vermək niyyətində olduğunu qeyd edib. //APA