ABŞ Türkiyəyə S-400 üçün alternativ təklif edib

 09:30 29.05.2021     453

ABŞ Türkiyənin əldə etdiyi Rusiya istehsalı S-400 zenit-raket kompleksinə dair rəsmi Ankaraya alternativ təqdim edib.

Redaktor.az bildirir ki, bunu “CNN Türk”ə müsahibəsində ABŞ Dövlət Katibinin müavini Uendi Şerman bəyan edib.

“S-400-lərin əldə edilməsi NATO alyansında problemlər yaradır. Biz alternativ təqdim etdik. Onlar nə etməli olduğunu dəqiq bilir. Ümid edirəm ki, ümumi çıxış yolu tapa biləcəyik”, - deyə Şerman bildirib.

O, hansı alternativdən söhbət getdiyini dəqiqləşdirməyib. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən