İran 30 ildən sonra ilk dəfə ABŞ-a neft ixrac edib

 02:31 30.05.2021     419

1991-ci ilin noyabrından bu yana ilk dəfə mart ayında ABŞ İrandan neft idxal edib. Gündəlik tədarük 33 min barel təşkil edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ Enerji Nazirliyinin (EIA) Enerji İnformasiya İdarəsindən bildirilib.

Son dəfə ABŞ İrandan 1991-ci ilin noyabrında neft idxal edib. Həmin vaxt tədarük həcmi gündə 64 min barel təşkil edib.

Eyni zamanda, 2020-ci ilin oktyabr ayında ABŞ İrandan gündə 36 min barel həcmində neft məhsulları idxal edib.

Bu tədarüklər ən azı 1991-ci ilin dekabrından bəri ilk dəfə həyata keçirilib.

ABŞ Enerji Nazirliyinin Enerji Məlumat İdarəsi 1973-cü ildən bəri olan məlumatları yayımlayıb. Sənəddən məlum olur ki, ABŞ 1973-1979-cu illər arasında mütəmadi olaraq İrandan neft və neft məhsulları idxal edib. Sonra tədarüklər daha az nizamlı olub. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən