Ermənistanda baş qərargah rəisinin müavini istefa verəcək - KİV

 16:28 29.05.2021     179

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan vəzifədən getmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, daha əvvəl o, baş qərargah rəisi Onik Qasparyanla birgə istefa verməyi düşünmüş, lakin hökumətin təkidi ilə bu addımı təxirə salmışdı.

“Müxtəlif qurumlardakı istefaların başlıca səbəbi Azərbaycanla sərhəd məsələsinə və münasibətlərə dair baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın davranışı, bəyanatlarıdır”, – “Joğovurd” qəzeti yazır.

Həmçinin Xarici İşlər, Müdafiə nazirliklərində, Milli Təhlükəsizlik Xidmətində yeni istefaların gözlənildiyi bildirilir. //Report