Pakistanda koronavirus xəstələri itlər vasitəsilə aşkarlanır

 00:33 30.05.2021     413

Pakistanın şimal-qəbrindəki Peşəvər şəhərinin beynəlxalq hava limanında sərnişinlərdə COVID-19 virusunu aşkarlamaq üçün xüsusi təlim keçmiş itlərdən istifadə olunur.

Redaktor.az xəbər verir ki, hava limanına gələn sərnişinlər sürətli test verdikdən sonra həmin nümunə itə təqdim olunur. Nümunəni iylədikdən sonra it əyləşirsə, testin müsbət çıxması deməkdir.

İndiyədək yeni üsulla koronavirusun 4 nəfərdə aşkarlandığı bildirilir. //Report.az