Hollivud ulduzu Rusiyada partiya üzvü oldu

 00:14 30.05.2021     294

Məşhur amerikalı aktyor, Hollivud ulduzu Stiven Siqal Rusiyada "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının üzvü olub.

Redaktor.az-ın məlumatına görə, aktyora partiyanın bugünkü iclasında partiya bileti təqdim olunub.

Qeyd olunur ki, S.Siqal ekologiya, ətraf mühitin çirklənməsi məsələləri ilə məşğul olacaq.

Xatırladaq ki, Stiven Siqal 2016-cı ilin noyabrında Rusiya vətəndaşlığı alıb. //Trend.az