Məktəbdə 215 uşağın cəsədinin qalıqları tapılıb

Kanadanın Britaniya Kolumbiyası əyalətində 1978-ci ildə bağlanan Kamloops internat məktəbində yerüstü radar üsulu ilə aparılan araşdırma zamanı 215 uşağın qalıqları tapılıb.
Redaktor.az bildirir ki, Kamloops şəhərindəki cəmiyyətin nümayəndəsi Rosanne Kazimir tapılan qalıqların əksəriyyətinin 3-4 yaşlı uşaqlara aid olduğunu qeyd edib.
Qeyd edək ki, Kanadadakı internat məktəbləri yerli gəncləri asimilyasiya məqsədilə XIX və XX əsrlərdə hökumət və dini qurumlar tərəfindən idarə olunan məcburi məktəblər olub.
Orxan İsmayılov / Redaktor.az