ABŞ-da atışma olub - Xəsarət alanlar var

 23:21 29.05.2021     79

ABŞ-ın Florida ştatında atışma baş verib.

Redaktor.az bildirir ki, bu barədə “NBC” kanalı məlumat yayıb.

Hadisə Mayami şəhərində qeydə alınıb. Belə ki, avtomobildə olan şəxslər insanlara atış açıblar.

Nəticədə yeddi nəfər güllə yarası alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı hələ ki, həbs edilən yoxdur.

Hadisə şahidləri bildirib ki, avtomobildə olan şəxslər azı 60 dəfə atəş açıblar. //Report.az