Sərnişin təyyarəsində yarasa peyda olub - VİDEO

Hindistanın paytaxtı Nyu-Dehlidən ABŞ-ın Nyuark şəhərinə uçan “Air India” sərnişin təyyarəsi yarasaya görə geri qayıdıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı salondan çəkilən video jurnalist Tarun Şukla tərəfindən tvitterdə yayımlanıb.
“2021-ci ildə təkcə bunu görməmişdik”, - deyə videonun müəllifi bildirib.
Məlumata görə, yarasa təyyarə uçuşa başlayandan yarım saat sonra görünüb.
Hava gəmisinin kapitanına bu barədə məlumat verildikdən sonra o, İndira Qandi hava limanına qayıtmağa qərar verib. //Modern.az