İtaliyada daha 83 nəfər ölüb - COVID-19

İtaliyada son gündə koronavirusa 3 351 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 83 nəfər COVID-19-dan ölüb.
İtaliyada koronavirusa yoluxanların ümumi sayı 4 213 055, ölənlərin sayı isə 126 002 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az