Liviyada qırıcı təyyarə qəzaya uğrayıb

 10:26 30.05.2021     134

Liviya Hərbi Hava Qüvvələrinin “MiG-21” qırıcı təyyarəsi Benqazi şəhərində keçirilən hərbi parad zamanı qəzaya uğrayıb.

Redaktor.az bildirir ki, qəza zamanı qırıcının pilotu Camal ibn Amer ölüb.

Qeyd edək ki, tədbirdən bir gün öncə Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Benin Benqazidəki hərbi nümayişin Liviya tarixindəki ən böyük parad olacağını bildirmişdi. //APA