Ürək döyüntülərinin sayı bu xəstəlikdən xəbər verir

 02:40 31.05.2021     96

Ürək ritmi sağlamlığınız haqqında ən ciddi göstəricidir. Ürək ritmi orta hesabla 60-100 arası olursa, normaldır. Lakin döyüntü bundan yüksək olarsa, müəyyən xəstəliklərə işarədir.

Redaktor.az türkiyəli kardioloq Dəniz Şəkərin mövzu ilə bağlı açıqlamasını təqdim edir.

Həkimin sözlərinə görə, normada ürək ritmi 60-100 arası dəyişir: "Mütəmadi olaraq, fiziki məşqlə məşğul olanlarda ürək döyüntüsü dəqiqədə 60 və ya ondan da aşağı ola bilir. Lakin 50-dən aşağı olması qəbulolunmazdır. 100-dən yuxarı da normal hesab olunmur. Bəzi hallarda heç bir xəstəlik olmasa da, nəbz 80 və yaxud daha çox vura bilir. Dincəldikdə isə bəzi insanlarda nəbzin ritmi aşağı düşür. Belə halda özbaşınıza sağlamlıq haqqında hər hansı qərar qəbul etməyin. Mütləq həkimə gedin".

Uzman kardioloq deyir ki, ürək ritminin yüksək olması bəzi xəstəliklərdən xəbər verir. Tez-tez döyünən ürəyin kökündə bir neçə xəstəliklər yatır.

- Mitral qapaq çatışmazlığı

- Ürək əzələsi ilə əlaqədar problemlər

- Ürək damarlarında tıxanma ya da daralma

- Ürəyin fəaliyyətində yaranan problemlər

- Qanazlığı

- Ağciyər problemi

- Hipertireoz

- Yüksək temperatur

- Bəzi infeksiyalar

Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda, tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir.

Ürək döyüntüsü hər hansı bir aktivlikdən sonra dəyişirsə, bu normaldır. Lakin bu zaman intervalı uzun müddət davam edərsə, narahat olmağa əsas var.

2