Etirazlarda 2,2 mindən artıq insan xəsarət alıb - Kolumbiya

Kolumbiyada aprelin 28-dən davam edən etiraz aksiyaları zamanı 2 244 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Redaktor.az bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Məlumatda deyilir: "Aprelin 28-dən mayın 28-dək 1 081 mülki vətəndaş və 1 069 polis əməkdaşı xəsarət alıb".
Qeyd edilir ki, bu müddət ərzində polislər tərəfindən 1 069 etirazçı saxlanılıb, 31 994 ədəd soyuq silah, 1 255 ədəd odlu silah, 551 ədəd pnevmatik silah müsadirə edilib. //Trend.az