Türkiyə hərbçiləri 1162 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri yanvarın 1-dən bu yana daxili və sərhədyanı əməliyyatlarda 1162 terrorçunu zərərsizləşdirib.
Redaktor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatlarında 142 terrorçu məhv edilib, 57 mağara, 110 sığınacaq aşkarlanıb.
Bölgədə əməliyyatlar davam etdirilir.
Orxan İsmayılov / Redaktor.az