Rusiyada polis tərəfindən güllələnən azərbaycanlı vəfat edib

 16:16 30.05.2021     164

Novosibirskdə polis əməkdaşı tərəfindən başından güllələnən azərbaycanlı vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional bölməsindən bildirilib.

Xatırladaq ki, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil adlı şəxs polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb.

Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb. //Oxu.az