Kiyev polisi məhkəmədən qaçan azərbaycanlını saxlayıb - FOTO

 17:18 30.05.2021     453

Ukraynanın Kiyev Vilayət Polisi məhkəmədən qaçan, axtarışda olan azərbaycanlını saxlayıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Report”un Şərqi Avropa bürosuna Kiyev Vilayət Polisindən bildirilib.

Qeyd edilir ki, 1973-cü il təvəllüdlü Məmmədov Əfrəs Qüddəsər oğlu bu gün saxlanılıb.

O, mayın 28-də İrpen şəhərində məhkəmə iclasından qaçıb. Ə.Məmmədov cinayət məcəlləsinin bir neçə maddəsi üzrə təqsirləndirilir.

22
Vumart və Güvən reklamı Vumart Güvən