Hindistanda ilk “sarı göbələk” xəstəsi vəfat edib

 17:47 30.05.2021     415

Hindistanda əvvəlcə koronavirusa yoluxan, müalicə zamanı isə orqanizmində həm qara, həm ağ və həm də ilk dəfə olaraq, sarı göbələk xəstəliyi müəyyən edilən şəxs vəfat edib.

Redaktor.az-ın məlumatına görə, hadisə Nyu-Dehli yaxınlığındakı Qəziabad şəhər xəstəxanasında qeydə alınıb.

59 yaşlı Kuanvar Sinqxin orqanizmindəki göbələklərin endoskopiya zamanı üzə çıxdığı bildirilib. Onun üç növ göbələk nəticəsində bədəninin toksinlərdən zəhərlənərək öldüyü qeyd olunub. //Oxu.az