Əfqanıstanda güclü partlayış: Ölənlər var

 19:59 30.05.2021     606

Əfqanıstanın qərbindəki Herat əyalətində güclü partlayış baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Qurak bölgəsində qeydə alınıb. Yol kənarına yerləşdirilmiş bomba dəmir yolunda xidmət edən təhlükəsizlik əməkdaşlarının avtomobillə hərəkəti zamanı partlayıb. Nəticədə 6 nəfər ölüb.

Qeyd edək ki, Əfqanıstandan xarici qüvvələr çıxmağa başladıqdan sonra ölkədə bu cür hallar tez-tez baş verir.

Orxan İsmayılov / Redaktor.az