Təhlükəli “TikTok” çelenci: 65 uşaq xəstəxanalıq oldu

 20:42 30.05.2021     147

İngiltərədə “TikTok” istifadəçiləri arasında yayılan çelenc azyaşlıların həyatlarını təhlükəyə atıb.

Redaktor.az-ın məlumatına görə, trendə uyğun davranışlar edən 65 uşaq təcili əməliyyata alınıb.

Kiçik maqnit kürələri dilinin üzərinə qoyub, pinsinq kimi göstərməyə çalışanların bəziləri ehtiyatsızlıqdan onu udublar.  

Ölkənin Milli Səhiyyə Xidməti təhlükəli çelenclə bağlı xəbərdarlıq yayaraq, azyaşlıları onun təkrarlanmasından çəkinməyə çağırıb. //Oxu.az