Bayden Putinlə müzakirə edəcəyi mövzunu AÇIQLAYIB

 21:40 30.05.2021     90

ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldırmaq niyyətindədir.

Redaktor.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Mən ona bu hüquqları pozmasına imkan verəcək mövqedə dayanmayacağımızı anladacam", - ABŞ rəhbəri Amerikanın milli bayramı, Xatirə günü münasibəti ilə çıxışı zamanı deyib.

ABŞ və Rusiya prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək. Dövlət başçılarının strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq çağırış və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir. //Virtualaz.org