Rusiyada silahlı hücum: Xəsarət alanlar var - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində atışma olub.
Redaktor.az bildirir ki, hadisə Borodin küçəsində qeydə alınb. Atışma zamanı azyaşlı qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, atəş açan şəxs saxlanılıb. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir. Cinayətkar saxlanılma zamanı müqavimət göstərib. //Report.az