LG smartfon istehsalını dayandırır

 16:09 31.05.2021     118

Cənubi Koreyanın LG şirkəti mobil qurğular (smartfon və planşet) istehsalını dayandırdığını elan edib.

Redaktor.az-ın məlumatına görə, şirkətin mobil telefon istehsal edən Vyetnamdakı zavodunda bundan sonra yalnız məişət texnikası yığılacaq.

Şirkət mobil telefon istehsalını tələbatın kəskin azalması ilə əlaqədar başa çatdırdığını bildirib.

Qeyd olunur ki, LG-nin ən son istehsal etdiyi smartfonlar "Velvet 2 Pro" və "LG Rollable" olub. Bu modellərin açıq satışa çıxarılmadığı, Cənubi Koreyada şirkətin əməkdaşlarına satıldığı bildirilib. //Trend.az