Türkiyədə bu gün 122 nəfər COVID-19-dan həyatını itirib

 22:29 31.05.2021     389

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 122 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 219 min 461 nəfər test edilib, onların 6 min 493-nün koronavirus testi pozitiv nəticə verib, 9 min 582 nəfər sağalıb, min 339 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 527 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 249 min 404 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 114 min 624 nəfəri müalicə olunaraq evə buraxılıb. //APA