Daha bir ölkədə kütləvi məzarlıq tapılıb

 23:09 31.05.2021     327

Bosniya Herseqovinanın cənubundakı Kalinovik şəhərində kütləvi məzarlıq tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin İtkin Düşmüş Şəxslər İnstitutu açıqlama yayıb.

Aşkarlanan məzarlıqdakı qalıqların 1992-1995-ci illərdə baş verən müharibədə öldürülən mülki şəxslərə aid olduğu ehtimal edilir.

Hələlik üç nəfərin qalıqları çıxarılıb, qazma işləri davam etdirilir.

Bonsiya Herseqovinada bu günə qədər 550-dən çox kütləvi məzarlıq aşkarlanıb.

Qeyd edək ki, Kanadada da 215 uşağın qalıqlarının olduğu kütləvi məzarlıq tapılmışdı. //Qafqazinfo