Türkiyədə əyani tədris qismən bərpa olunur

Türkiyədə iyunun 1-dən başlayaraq ibtidai siniflərdə həftədə iki gün əyani təhsil tətbiq olunacaq.
Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyənin təhsil naziri Ziya Selçuk bildirib.
Nazir deyib ki, iyunun 7-dən isə orta məktəblərdə və yuxarı siniflərdə həftədə iki gün əyani təhsilə keçiləcək.
Əhalinin sıx yaşamadığı yerlərdə və ucqar rayonlarda isə iyunun 1-dən həftənin 5 günü ənənəvi əyani təhsil tətbiq olunacaq.
Z. Selcuk məktəblərdə yeni növ koronavirusla mübarizə şərtlərinə əməl olunmasının vacibliyini də vurğulayıb.
Nazir 2020/2001-ci tədris ilinin iyulun 1-də başa çatacağını deyib. //APA