Uşaq son anda erməni pedofilin əlindən qurtuldu - VİDEO

 05:29 01.06.2021     329

Rusiyanın Krasnodar diyarında uşaq son anda erməni pedofilin əlindən xilas olub. 11 yaşlı uşaq şübhəlinin əlindən çıxaraq böyüklərdən yardım istəməyə imkan tapıb.

Redaktor.az bildirir ki, bu barədə uşağın valideynləri özlərinin “Instgram” hesabında məlumat veriblər.

Ananın sözlərinə görə, oğlu samokatda gəzirmiş. Bu vaxt bir kişi ona yaxınlaşaraq qolundan tutub və zorla  öz maşınına basıb:

“O oğluma pul, öz maşını təklif edib və hər nə istəsə onu verəcəyini vəd verib. Əvəzində isə intim münasibətdə olmaq istəyib. Oğlum möcüzə şəklində maşını açaraq çölə qaçıb və qarşısına çıxan ilk evin qapısını döyərək kömək istəyib. Biz valideynlər polis gələnə qədər manyakı tutduq. Özünü Artak Mkrtçan kimi təqdim edən şəxs ailəli və üç azyaşlı uşağı olduğunu dedi”.

Polis baş verənlərlə əlaqədar yoxlamalara başlayıb. //Oxu.az