Rusiya Qərb sərhədlərinə qoşun yerləşdirir - NATO ilə müharibə təhlükəsi...

Rusiya müdafiə naziri Sergey Şoyqu NATO-nun ünvanına sərt açıqlamalar səsləndirirb.
Redaktor.az xəbər verir ki, o, ölkəsinin NATO-ya cavab məqsədilə qərb sərhədlərinə yeni hərbi birləşmələr yerləşdirəcəyini vurğulayıb. Nazirin sözlərinə görə, NATO-nun həmlələri dünyadakı təhlükəsizlik sistemini təhdid edir.
Şoyqu, NATO-nun bölgədəki artan hərbi varlığını nümayiş etdirən konkret nümunələri də dilə gətirib.
Nazir son 7 ildə ABŞ-ın strateji bombardmançı təyyarələrinin Avropa uçuşlarının 14 dəfə artdığını bildirib.
Qeyd edək ki, Sergey Şoyqu ötən ay verdiyi açıqlamada "ABŞ və NATO gərginliyi artırır. NATO Avropadakı qoşunlarını müharibəyə hazırlayır" deyə qeyd edib.
Orxan İsmayılov / Redaktor.az