"Yeni epidemiyalara hazır olun!" - ÜST rəhbərindən mühüm AÇIQLAMA

 11:59 01.06.2021     704

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yüksək qərar qəbul edən orqanı olan Dünya Səhiyyə Assambleyasının (DSA) 74-cü buraxılışı İsveçrənin Cenevrə şəhərində baş tutub.

Redaktor.az xəbər verir ki, ÜST-ün Baş direktoru Tedros Qebreyesus koronavirus epidemiyasına son qoymaq üçün hələ çox iş görülməsinə ehtiyac olduğunu bildirib. O, gələcək epidemiyalara qarşı qlobal hazırlığın yüksək səviyyədə olmasının vacibliyini dilə gətirib.

"Həqiqət budur ki, bu epidemiyaya son qoymaq üçün çoxlu iş görməliyik. Yoluxma və ölüm halları qlobal səviyyədə azalsa da, hər hansı bir ölkə üçün təhlükənin geridə qaldığını söyləmək böyük səhv olar", - deyə ÜST-ün Baş direktoru bildirib.

T.Qebreyesus bütün ölkələrin əhalisinin azı 10 %-nin sentyabrın 10-dək, 30 %-nin isə ilin sonunadək vaksinasiya olunmasının vacib olduğunu vurğulayıb. 

"Epidemiya bizə çox şey öyrətdi. Ən vacib dərslərdən biri odur ki, sağlamlığın təhlükə altındadırsa, deməli, hər şey təhlükə altındadır. Peyvənd böhranı epidemiyanı davam etdirən amillərdən biridir".

Orxan İsmayılov / Redaktor.az