Ərdoğan Gürcüstanın Baş nazirini qəbul edib

 19:48 01.06.2021     95

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Redaktor.az-ın xəbərinə görə, İ. Qaribaşvili ilə R. T. Ərdoğanın ikitərəfli və heyətlərarası görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Gürcüstan Türkiyənin ən çox sərmayə yatırdığı ölkələrdən biridir. //APA