Hindistanda məhbuslar azadlığa çıxmaqdan imtina edib

 00:33 02.06.2021     75

Hindistanın Uttar-Pradeş ştatındakı doqquz həbsxanada 20-dən çox məhbus vaxtından əvvəl şərti azadlığa çıxmaq imkanından istifadə etməyiblər.

Redaktor.az bildirir ki, bu barədə “India Today” məlumat yayıb.

Məhbusların bu qərarına səbəb pandemiya olub. Belə ki, onlar həbsxanada qalmağın pandemiya şəraitində daha təhlükəsiz olduğunu, gündəlik qida və zəruri dərman preparatları ilə təminatın yaxşı olduğunu bildiriblər. //Oxu.az