ABŞ İran neftini müsadirə edib satdı

 06:55 02.06.2021     84

ABŞ Birləşmiş Ərəb Əmirliklərinin sahillərində saxlanılan İran tankerindəki nefti satıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Achilleas” tankeri ABŞ tərəfindən Əl-Füceyrə əmirliyi ərazisində saxlanılmışdı.

O zaman gəmi ABŞ-ın terrorla mübarizə qanunlarına uyğun olaraq müsadirə edilib.

ABŞ rəsmiləri iddia edir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu bu tanker vasitəsi ilə Çinə neft satıb.

“Achilleas” tankeri Texas ştatının Hyuston şəhərinə aparılıb və 2 milyon bareldən çox xam neft 110 milyon ABŞ dollarına satılıb. //Oxu.az