Əfqanıstanda partlayış törədilib - Ölənlər və yaralananlar var

 22:41 01.06.2021     406

Əfqanıstanda partlayış törədilib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kabildə baş verib. Partlayış nəticəsində azı 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Telekanal bildirib ki, hədəf şəhər avtobusu olub. Şahidlər ölənlərin sayının 30-a çata biləcəyini bildiriblər.

Hadisənin təfərrüatı açıqlanmır. //Report

Vumart və Güvən reklamı Vumart Güvən