Azərbaycanlı Kiyevdə məhkəmə zalından qaçıb

Ukraynanın Kiyev şəhərində quldurluqda ittiham olunan azərbaycanlı Əfrəs Qüddəsər oğlu Məmmədsoy İrpen rayon məhkəməsinin zalından qaçıb.
Redaktor.az-ın məlumatına görə, o, nəzarətçilərin bir anlıq diqqətsizliyindən istifadə edərək qaça bilib. Onun barəsində dərhal axtarış elan edilib.
Bir gün sonra Əfrəs Məmmədsoy Kiyev yaxınlığındakı meşəlikdə ələ keçib. //Lent.az