İsrailin yeni prezidenti seçilib

 14:25 02.06.2021     236

İsrail dövlətinin yeni prezidenti seçilib.

Redaktor.az xəbər verir ki, Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti olub.

Knessetin 120 üzvündən 87-si İ.Herzoqun lehinə səs verib.

Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.

Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.

Vumart və Güvən reklamı Vumart Güvən